agasamed

A fine WordPress.com site

Qədr gecəsi.

Bu gecə bizim gecəmizdir, çünki bu gecədə bizə bağışlanma var, çünki Quran bu gecələrin birində nazil olub. Bu gecədə göylərin qapıları bizlər (gunahkarların) üzünə açılır və gərəkdir ki bu şansı əldən verməyək. Çalışmalıyıq ki ən azından qədr gecəsində hər gün beynimizdə olan fikirlərdən azad olaq, özümüzü sırf Rəbbimizə bizi yaradan Allaha həsr etməyə çalışaq. Əlbəttə məlumdur ki bizlər – hər gün qazanc, gəlir, yalan, böhtan, qeybət və sair işlərlə məşqul olduğumuzdan dolayı bu barədə çox çətinlik çəkərik, amma ən azından çəhd etməyə dəyər. Şüphə etmirəm ki biz Allaha bircə addım yaxınlaşsaq O bizə qat-qat çox yaxınlaşar bucür olmasaydı adlarından biridə Rəhman və Rəhim olmazdı. Onsuzda gün aşırı olan bu 3 gün il ərzində cəmi 3 gün olur, bəs o zaman fikrimcə bu günlərdən faydalanmamaq ən azından ağılsızlıq olardı. Dünən özümüzkilərin çəkdiyi bir filmə baxdım, daha doğrusu sonlarına, filmin baş qəhrəmanı sonda xəstəlikdən dünyasını dəyişir, amma ölməmişdən əvvəl 2 rükət namaz qılır və kəlmeyi şəhadətin deyəndən sonra dünyasını dəyişir. Bunu nəyə görə yazdım? Çünki o filmə baxdıqdan sonra düşündüm ki həqiqətəndə bu dünya fanidir və insan layiq deyil ki dollara manata görə, vəzifə və şan şöhrətə görə və sair dünyada qalacaq şeylərdən ötrü insanlığını sata. Bu barədə peyğəmbər(s) gözəl buyurub ki ” Ən gözəl moizə, nəsihət ölümü düşünməkdir ” mən bunu özümdə təcrübə etdim. Hamımıza bu ilki qədr gecələrində tövbə edib bağışlanaraq Rəbbimizə yaxınlaşmağı arzu edirəm və Quranın Qədr sürəsiylə yazımı bitirirəm  “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?”
“Qədr gecəsi min aydan daha xeyirlidir.”
“O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər.”
“O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.”Image

Qədr gecəsi.” üzərində 2 şərh

  1. ceyhunavar
    Avqust 7, 2012

    Alla bizi bağışlasın.

  2. agasamed
    Avqust 8, 2012

    ele umidde yalniz bunadir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on Avqust 7, 2012 by .
%d bloqqer bunu bəyənir: